Yeni Kurs Paketi buraxıldı! “yaz” kodu ilə ilk alışınıza 10% endirim qazanın.   Daha ətraflı
0

Shopping cart

Bağla

Səbət yoxdur malların.

Nitq qüsurlarının korreksiyası zamanı kompleksli işin proqramına önəm verilir.Masaj artikulyar aparatın əzələlərinin tonusunun və səslərin tələffüzünün normallaşmasında, ən sonda düzgün nitqin formalaşmasında mühüm rol oynayır. Loqopedik diaqnostika zamanı görüləcək seansların vaxtları bildirilməlidir. Loqopedik masaj 10-20 seans aparılır. İlk seanslarda 5-6 dəqiqədən başlayaraq,tədricən isə 10-15 dəqiqəyə kimi artırılmaqla yerinə yetirilir. Hər masaj seansı arası 2-3 ay fasilə olmalıdır. Masajın fərqli dəqiqələr ilə olması uşağın, yaxud nitqi qüsurlu şəxsin yaşından, nitq qüsurunun dərəcəsindən asılıdır. Loqopedik masajın faydaları artıq illərdir ki, sübut olunub. İlk öncə uşağın ümumi vəziyyətinə yaxşı təsir edir. Masaj sayəsində üz əzələlərinin qan dövranı yaxşılaşır,əzələlərin elastikliyi artır. Sinir sistemində pozitiv dəyişikliklərmüşahidə olunur. Artikulyar aktivlik artır, spazm və parezlər aradan qalxır, nitq aparatının bütün orqanlarının hərəkətliliyi bərpa olur.Loqopedik masaj sərin, havalandırılması tez-tez dəyişdirilən otaqda yerinə yetirilməlidir. Masaj zamanı loqopat yarımoturaq, yaxud uzanmış vəziyyətdə olmalıdır.
Loqopedik xidmətlər
  • Xüsusi loqopedik masajlar
  • Dislaliya (R,L,Ş,S,Q və s. səslərin korreksiyası)
  • Kəkələmə ( uşaqlar və böyüklərdə)
  • Nitqin bərpası
  • Alaliya və Afaziya
  • Uşaqlarda nitq ləngimələri
  • Exolaliya